"Araz Naxçıvan"a texniki məğlubiyyət verilib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, buna səbəb 15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” və “Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı üzə çıxan fakdır.

Bildirilib ki,  “Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib.

“Araz-Naxçıvan” komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu isə o deməkdir ki, komanda finalda iştirak edə bilməyəcək.