Ermənistanın paytaxtı İrəvanda bu gün səhər saatlarında başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 352-yə çatıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

ildirilib ki, paytaxtın müxtəlif küçələrində avtomobillərin hərəkətini bloklamağa çalışan etirazçılar polisin qanuni tələbinə məhəl qoymamaq ittihamı ilə saxlanılıblar.

***

Ermənistanda etiraz aksiyasında saxlanılanların sayı artıb.

Mia.az xəbər verir ki, Ermənistan Polisi indiyədək 277 nəfərin saxlanılaraq polis bölmələrinə aparıldığını açıqlayıb.

***

Ermənistanın Daşnaksütun Partiyasının sədri Simon Simonyan paytaxt İrəvanda saxlanılıb.

Bu barədə “Yerkir.am” məlumat yayıb/Report.

Mia.az Ermənistan mediasına istinadla bildirir ki, bugünkü aksiyada ümumilkdə 73 nəfər saxlanılıb.

Qeyd edək ki, aprelin 25-dən paytaxt İrəvan və Ermənistanın digər böyük şəhərlərində ölkədə mövcud hakimiyyətə qarşı kütləvi etirazlar və vətəndaş itaətsizliyi keçirilir. Etirazlarda müxalifət qüvvələrinin fəalları iştirak ediblər. Etirazçılara əsasən Artur Vanetsyan və İşxan Saqatelyan başçılıq edir.

Mia.az