“Rusiyanın mövcudluğu Qərb üçün qıcıqlandırıcıdır. Amma buna baxmayaraq, Rusiya qalib gələcək”.
Mia.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “Bilik” Cəmiyyətinin marafonunda çıxışında deyib.
O bildiirb ki, buna əsla çübhə olmamalıdır: "Biz qalib gələcəyimizə, bütün məqsədlərə nail olacağımıza əminik. Hər şey yaxşı olacaq. Rusiya bütün hədəflərinə çatacaq”.
Peskov xüsusi vurğulayıb ki, bütün ölkə Putini dəstəkləyir: "Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir".
O bildirib ki, Qərb Rusiyanın istədiyi kimi yaşamağına mane olmaq üçün hər şeyi etməyə hazırdır: "ABŞ Rusiyaya düşmən dövlətə çevrilib. Rusiya öz qələbəsinə və məqsədlərinə çatacağına əmindir. Rusiya siyasi, iqtisadi və informasiya baxımından təcrid olna bilməz. Müharibə sülhlə başa çatacaq: Lakin bu sülh Rusiyanın səsinin eşidiləcəyi sülh olacaq".