Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Mia.az-a verilən məlumata görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Son gündə yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq və 102 kq-dan artıq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.

Yaşı 15-dək atletlərdə 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.

Yaşı 17-yə qədər atletlərdə isə 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.