Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvülük məsələsinə qarşı çıxıb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, o, skandinaviya ölkələrinin terror təşkilatların yuvasına çevrildiyini deyərək, onların NATO-ya üzv olma məsələsinə müsbət yanaşmadıqlarını bəyan edib: "Bu baxımdan onların NATO-ya qoşulmasına müsbət baxmağımız mümkün deyil”.
Maraqlı budur ki, Ərdoğanın bu sözlərinə ABŞ-dan dərhal reaksiya verilib.
Departamentdən bildirilib ki, məsələ ilə bağlı rəsmi Ankara ilə təmas qurmağa və məsələnin detallarını öyrənməyə çalışırlar.