CHP İstanbul şəhər təşkilatının sədri barədə verilən məhkəmə hökmü qüvvəyə minib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilat sədri Canan Kaftancıoğlu 2020-ci ildə sosial media hesabındakı bəzi paylaşımlara görə cəzalandırılıb.
O, "Dövlət vəzifəlisinə qarşı vəzifəsinə görə təhqir", "Türkiyə dövlətinin aşağılamaq" və "Türkiyə prezidentini təhqir" ittihamları ilə ayrı-ayrı cinayət işləri üzrə mühakimə olunub. Son nəticədə məhkəmə hər üç iddianı birləşdirərək, ona ümumilikdə 4 il 11 ay 20 gün həbs cəzası kəsib.
Məhkəmə ona həm də siyasi fəaliyyətlə məşğul olmağı da qadağan edib.
Qərardan dərhal sonra təşkilat sədri öıkədə hüquqsuzluğun hökm sürdüyünü deyib: "Əsla qorxmayın, az qaldı, biz bu iqtidarı göndərəcəyik"..
CHP başqanı Kamal Kılıcdaroğlu isə tvit ataraq bütün CHP-li deputatları İstanbul təşkilatına toplanmağa çağırış edib.