"NATO və Avropa İttifaqı arasında həmrəylik heç vaxt bu qədər yaxın olmayıb".
Mia.az xəbər verir ki, bunu İttifaq Şurasının prezidenti Şarl Mişel "Twitter"də paylaşımnda yazıb.
O bildirib ki, Prezident Niinistö və Baş nazir Sanna Marin Finlandiyanın NATO-ya üzv olmasına yol açır: "Atılan bu tarixi addım Avropanın təhlükəsizliyinə böyük töhfə verəcək. Rusiyanın Ukraynada apardığı müharibə müddətində, bu, güclü çəkindirici siqnaldır”.