Laçında avtomobil aşıb, ölən var.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.