Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Mia.az xəbər verir ki, Zelenski görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib:  "Avropa Şurası Rusiyanı üzvlükdən kənarlaşdıran ilk təşkilat oldu. Biz Ukraynanı dəstəkləmək və Rusiyanın ölkəmizə qarşı müharibəsini pisləmək istiqamətində bu cür addımları yüksək qiymətləndiririk. Baş katib Mariya Peyçinoviç-Buriçə səfərə görə minnətdaram. Bu, vacibdir”.