Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Xorvatiyanın Baş naziri Andriy Plenkoviçlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib: "Andrey Plenkoviçlə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, azad edilmiş ərazilərdə normal həyatın bərpası üçün əməkdaşlığı, eləcə də Ukraynanın Avropa İttifaqına inteqrasiyasını müzakirə etdik”.