Fransanın yenidən seçilən Prezidenti Emmanuel Makron and içib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.