“Rusiyanın işğal olunmuş ərazilərdə referendum keçirmək planı baş tutmayacaq”.

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb: “Bu cəhdlər Rusiya üçün daha ciddi itkilərlə nəticələnəcək. Rusiyanın referendum, xalq respublikaları və ərazilərin ilhaqı ilə bağlı bəyanatları əhəmiyyətsizdir. Bunların heç biri olmayacaq. Sadəcə, Rusiyanın məhv edilmiş hərbçilərinin sayı artacaq”,