Qara dənizdə, İlan adası yaxınlığında Rusiyanın “Burvestnik” tipli döyüş gəmisində (freqat) partlayışdan sonra yanğın olub.

Məlumatı “Dumskoy” portalı yayıb.

Məlumata görə, ərazidə Rusiya Qara Dəniz Donanmasına məxsus 3 freqat tipli gəmi olub. Onların hansının zədələndiyi hələ ki dəqiqləşdirilir.

Xalq deputatı Aleksey Qonçarenko isə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə Rusiyaya məxsus “Admiral Makarov” döyuş gəmisini vurduğuna dair məlumat patlaşıb/Report.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da Rusiya hərbçilərinin itkisi ilə bağlı mayın 6-da yaydığı məlumatda məhv edilən gəmilərin sayının 11-ə çatdığını açıqlayıb.

Mia.az