Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 % səviyyəsində icra olunub
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 49,7 % artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 % yerinə yetirilib: "Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına,eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm".