"Dünyada yaranan yeni təhlükəli vəziyyət şəraitində biz suverenliyimiz və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq".

Mia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib ki, ölkə müdafiə potensialını artırmalıdır: "Biz müdafiə qabiliyyətimizi gücləndirmək istiqamətində çalışacağıq".