“Biz Mariupol şəhərindən və şəhərdəki “Azovstal” zavodunun ərazisindən insanların çıxarılması üzrə növbəti mürəkkəb təxliyə əməliyyatını keçirdik. Deyə bilərəm ki, təqribən 500 vətəndaşı çıxara bildik”.
Mia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqramda yazıb: "Ukrayna bütün dinc sakin və hərbçiləri xilas etmək üçün əlindən gələni etməyə davam edəcək. BMT-yə kömək üçün təşəkkür edirəm”.