“Mixeil Saakaşvili sağlam vəziyyətdədir”.
Mia.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçmiş prezident lazımı müalicə ilə təmin olunur: “Əlbəttə ki, məhbusa qayğının göstərilməsi ilə bağlı məsuliyyət hökumətin üzərindədir, öz səhhətinə ziyan vurmağa görə isə məhbusun özü cavabdehlik daşıyır”.
İ.Kobaxidze qeyd edib ki, istənilən halda M.Saakaşvili lazımi müalicə alacaq: “Biz məsuliyyətin nə olduğunu yaxşı bilirik və bizə bunu xatırlatmağa heç bir ehtiyac yoxdur”.
Xatırladaq ki, bu gün Saakaşvilin qardaşı onun səhhətinin ağırlaşdığı barədə açıqlama yayıb.
Mia.az