“Son 24 saat ərzində Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülən daha 20 mülki vətəndaşın meyiti tapılıb”.

Bu barədə Kiyev regionunun polis departamentinin rəhbəri Andrey Nebitov deyib.

Nebitovun sözlərinə görə, mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi 1235 mülki vətəndaşın meyitini aşkar edib və müayinə edib. 282 nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

O qeyd edib ki, çox sayda mülki vətəndaş Rusiya qüvvələri tərəfindən Ukraynadan zorla deportasiya edilib və bu şəxslərlə əlaqə kəsilib/APA.