Avropa İttifaqı Moldovaya əlavə hərbi yardım göndərir.

TASS xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Moldova Prezidenti Maya Sandu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda bunun üçün imkanlar nəzərdən keçirilir: "Biz, eyni zamanda, tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısını almalıyıq. Bu, çox vacibdir. İttifaq artıq Moldovaya hərbi yardım çərçivəsində logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul edib".