“Rusiya daha da irəliyə getməyə can atır və bu zaman ciddi itkilər verir".
Mia.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviter səhifəsindəki paylaşımında deyib.
O qeyd edib ki, hazırda Rusiya raket hücumunu artırıb: "Amma biz qorxmuruq. Dünya da qorxmamalıdır. Rusiyaya qarşı daha çox sanksiya tətbiq olunmalıdır. Ukraynaya daha ağır silahlar verilməlidir. Rusiya raket terroruna görə cəzalandırılmalıdır”.