Böyük Britaniya bu gün Ukraynaya daha 300 milyon funt sterlinq yardım ayırıb.
Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün Ukrayna parlamentində videoformat çərçivəsində etdiyi çıxışda deyib.
O, yardım elanını verməzdən əvvəl bildiirib ki, Ukrayna Ali Radasında çıxış etmək onun üçün böyük şərəfdir: "Biz bütün imkanlarımızla Ukrayna xalqının yanındayıq. Rusiyanın amansız savaşının cavabı oacaq. Biz bu savaşın vurduğu zərərin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik. Bunun üçün Ukraynaya əlavə 300 milyon funt sterlinq ayırıq. Ukrayna xalqının, ordusunun cəsarətini alıqşlayırıq. Böyük Britaniya suveren və müstəqil Ukraynanı bərpa etmək üçün əlindən gələni edəcək".