Avropa İttifaqının rəsmisi Jozep Borrel Ukraynanın XİN başçısı Dmitro Kuleba ilə telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə Borrel paylaşım edib:
“Dmitri Kuleba ilə Aİ-nin Ukraynaya davam edən yardımını müzakirə etmək üçün danışdım. Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində iş davam edir. Qarşıdan gələn Aİ-Ukrayna Əməkdaşlıq Şurası əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün əsas məqam olacaq. Hazırda Mariupolda vəziyyət dəhşətlidir, təcili humanitar evakuasiyaya ehtiyac var”.