Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı Covanni Espozitonu (İtaliya) sınağa çəkib.

Qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.