Rusiya Hava Hücumundan Müdafiə sistemləri Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliki Liman və Peremoqa yaşayış məntəqələri üzərində Ukraynanın 18 pilotsuz uçuş aparatını, o cümlədən üç Bayraktar TB-2-ni məhv edib”

Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözüçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib. ki,  ötən gecə Rusiya artilleriya bölmələri ötən gecə ərzində Ukraynanın  389 hədəfini vurub: "Onlar arasında Ukrayna Silahlı Qüvvələrinin 35 komanda məntəqəsi, 41 dayaq məntəqəsi, 169 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi ərazi, 33 artilleriya mövqeyi, həmçinin 15 raket və artilleriya silah və sursat anbarı var. Aviasiyamız isə ötən gecə ərzində canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 9 ərazini vurub. Nəticədə 120-dən çox millətçi, 4 tank və 6 zirehli texnika məhv edilib”