Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Russkaya Lozovaya kəndini Rusiya hərbçilərindən azad edib.
UNIAN xəbər verir ki, hazırda kənd Ukrayna Silahlı Qüvvələrinin tam nəzarətindədir.
Məlumata görə, bu strateji yaşayış məntəqəsi Xarkov-Belqorod avtomobil yolunda yerləşir.
Vurğulanıb ki, işğal zamanı məhz bu şəhər kənarından Rusiya hərbçiləri Xarkovun mülki infrastrukturunu və yaşayış məntəqələrini atəşə tutub/Report.
Bununla yanaşı, Ukrayna hərbçiləri Xarkov şəhərinin 6 km-də yerləşən Momotovo qəsəbəsini də azad ediblər
Mia.az