Ukraynanın 14 yaşlı ağırlıqqaldıranı Alina Perequdova vəfat edib.
Yerli mətbuat xəbər verir ki, idmançı Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Mariupolda həlak olub.
Onunla birlikdə anası da dünyasını dəyişib/Report.
Qeyd edək ki, Alina Perequdova Ukrayna millisinə namizəd idi. O, ötən il 17 yaşadək ağırlıqqaldıranlar arasında ölkə çempionatında qızıl medal qazanıb.
Mia.az