Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İmişlı rayonunun ucqar kəndlərini (Xəlfəli, Hacalmuradlı və Kürdmahmudlu) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.
Mia.az xəbər verir ki, seminar zamanı İmişli rayonun ucqar kəndlərindən ( Xəlfəli, Hacalmuradlı və Kürdmahmudlu) olan 20 nəfərdən artıq fəal sakinlər arasında , QİÇS əleyhinə və eləcədə vərəm və onun yoluxma yolları ilə bağlı təbliğat işləri aparılıb, HİV və Vərəm əleyhinə məlumat materialları paylanılıb, təhlükəli virusun Azərbaycanda statistikası barədə məlumat verilib.
Seminarda “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri və layihə rəhbəri Calal Əmənov, kənd ziyalıları və fəal kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edən layihə rəhbəri, “Tərəqqi” Sosial Tədqiqatlar İB-nin sədri Calal Əmənov layihənin məqsədi, hədəfləri və təşkilat barədə iştirakçılara ətraflı məlumat verib. HİV barədə iştirakçılara ümumi məlumat verən layihə rəhbəri sonra sözü həkim mütəxəsisə təqdim edib. Həkim mütəxəsis «HİV-in erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər», «Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları» mövzusunda ətraflı məlumat verib.
Sonda mövzular ətrafında diskussiyalara start verilib. İştirakçılar onları maraqlandıran suallara dolğun cavablar alıb.
Zülfiyyə Mustafayeva
Mia.az