“Mariupol Avropanın Hələbidir".
Mia.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter səhifəsində yazıb.
O əlavə edib ki, Mariupol indi xarabaya çevrilmiş şəhərdir: "Biz bu müharibəni mümkün qədər tez bitirmək üçün əlimizdən gələni edəcəyik və bunun üçün biz Ukraynaya kömək etməyə davam edəcəyik”.