“Ukraynada müharibə Rusiya istəyəndə bitəcək”.
UNIAN xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib.
O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”/Report.
Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Kiyevdə Zelenski ilə müzakirələr aparıb.
Mia.az