"Mariupolda çox böyük böhran yaşanır.
Mia.az xəbər verir ki, bu sözləri Moskvada səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla brifinqdə deyib.
O bildirib ki, BMT Ukraynada humanitar fəlakətin aradan qaldırılması üçün BMT-Rusiya-Ukrayna formatında təmas qrupu yaratmaq mümkündür: "Biz bunun üçün, həm də Mariupol sakinləri üçün bütün qüvvələrimizi toplamalı və sağlam qərar verməliyik".