Ukraynanın tanınmış futbolçusu Artur Qritsenko Rusiya ilə müharibədə öldürülüb.
Məlumata görə, "Karpatı"nın keçmiş müdafiəçisi desant-həmlə briqadasında hərbçi olub. 44 yaşlı veteran futbolçu Xarkovun müdafiəsi ilə bağlı döyüşlərdə həlak olub/Report.
Qeyd edək ki, Artur Qritsenko peşəkar futbolçu karyerasına Lvovda başlayıb. O, "Karpatı"nın heyətində Ukrayna Premyer Liqasında bir oyun keçirib. Daha sonra Qritsenko aşağı liqalarda çıxış edib.