22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda yer alıb.
Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçular ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.
Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan