Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib.
Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "Rossia-24" telekanalına müsahibəsində xəbər evrib.
O bildirib ki, ABŞ-ın Ukraynaya 800 milyon dollar dəyərində silah göndərməsi qəbulolunmazdır: "Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını tələb etdik”.