Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənilərin qondarma soyqıırm iddialarına və ABŞ prezidenti Baydenin son açıqlamasına sərt reaksiya verib.

Mia.az xəbər verir ki, Çavuşoğlu tviterdəki səhifəsində belə paylaşım edib:

“Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”.

Xatırladaq ki,  Cozef Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb.