Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Mia.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırkən deyib.

O bildirib ki, Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağlayıb: "3 aydır icazə verirdik, aprelə qədər icazələri var idi".