"Rusiya Ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas regionu üzərində nəzarəti tam ələ keçirməlidir".
Mia.az xəbər verir ki, bunu Rusiya Mərkəz Hərbi Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev açıqlama verib: “Xüsusi əməliyyatın təxminən 2 gün əvvəl başlayan fazasında Rusiya Ordusunun əsas hədəflərindən biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarətin əldə olunmasıdır”.
O qeyd edib ki, Rusiyanın Donbas üzərindən Krımla quru əlaqəsi yaratmaq istədiyini, Ukraynanın cənubunu nəzarətə almaqla, Dnestryanıya çıxış əldə edəcəklərini bildirib/APA.