Rusiyanın Tver şəhərində Hava-Kosmik qoşunlarının Elmi-Araşdırma Mərkəzinin bir hektarlıq ərazisində naməlum səbəbdən yanğın baş verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 30-dan çox yaralı var.
Məlumata görə, adıçəkilən mərkəzdə əsasən S-300, S-400 və S-500 zenit-raket kompleksləri istehsal olunur.
Məlumata görə, yanğının səbəbləri araşdırılır.