Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir: "Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”.