Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya səfəri çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi Borodyankada olub.

Mia.az xəbər verir ki bu barədə Şarl Mişel "Twitter"də paylaşım edib.

O bildirib ki səfər etdiyi Borodyankada da vəziyyət Buça və Ukraynanın bir çox digər şəhərlərindəki kimidir. "Tarix burada törədilən hərbi cinayətləri unutmayacaq. Ədalət olmadan sülh ola bilməz".