Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 20900-ə yaxın hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 815 tankı, 2087 zirehli döyüş maşını, 391 artilleriya sistemi, 136 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 171 hərbi təyyarəsi, 150 helikopteri, 1504 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 165 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib".