Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

Mia.az xəbər verir ki, aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində minaya düşən MAXE Ayxan Camalzadə hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.