Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Maryinka bölgəsində əks hücuma keçib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna rayon üzərində nəzarəti tamamilə bərpa edib: "Hazırda Xerson vilayətində, Aleksandrovka ərazisində döyüşlər davam edir"/Report.
Bundan əvvəl Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiya hərbçilərinin aprelin 19-na keçən gecə Ukraynanın şərqini yarıb keçmək cəhdlərinin baş tutmadığını bildirib.
Mia.az