Ukrayna və Rusiya arasında növbəti əsir mübadilsi olub.
Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk sosial şəbəkədəki hesabında açıqlama verib.
O bildirib ki, nəticədə Ukraynanın 60 hərbçi, 16 mülki şəxs olmaqla ümumilikdə 76 vətəndaşı əsirlikdən azad olunub.