“Qalatasaray”da aprelin 30-da keçirilməsi nəzərdə tutulan prezident seçkisi ləğv olunub.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə İstanbuldakı Asliye Məhkəməsi qərar verib.

Səbəb isə hazırkı prezident Burak Elmas istefa verməsi göstərilib və o, istefa vermədikcə, növbədənkənar seçkinin keçirilməsinin qanunauyğun olmadığı vurğulanıb.