Yunanıstan Egey dənizində Rusiyanın “Pegas” tankerini saxlayıb.

“Reuters” agentliyinin məlumatına görə, rəsmi Afina bu addımı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən atıb.

Egey dənizinin Evbey adası yaxınlığındakı Karistos buxtasında saxlanılan gəminin göyərtəsində Rusiya vətəndaşı olan 19 matros olub/Report.