Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli görüşdə danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: "Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”.

Bundan əlavə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirməyi qərara alıblar: "Həmçinin regionun bütün ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığını qeyd ediblər".

Məlumata görə, Putin görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanmasını təqdir edib: "Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanmasını alqışlayıb".

****

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı iki ölkə arasında sənədlər imzalanacaq.

Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.

Mia.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

****

Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Mia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlər, o cümlədən  Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağla bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası müzakirə olunacaq.