Avropa Komissiyası Ukraynadan qaçqın düşənlərə psixoloji yardımla bağlı layihələrə 9 milyon avro vəsait ayırıb.
Mia.az xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabında paylaşım edilib:
Paylaşımda deyilir: “Rusiyanın amansız hücumu bir çox insanı psixoloji yardıma və dəstəyə möhtac edib. Biz müharibədən qaçanlara psixoloji yardım üçün “EU4Health” proqramı hesabına 9 milyon avro ayırdıq”.