Futbol üzrə Azərbaycan Premyer Liqasında "Neftçi" "Sabah"ı qəbul edib.

Mia.az xəbər verir ki, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Bu qələbədən sonra xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.