Rusiyanın 5 diplomatını qovan Şimali Makedoniya Rusiyanın daha 6 diplomatını "arzuolunmaz şəxs" elan edib.

Mia.az xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, həmin diplomatlar Vyana Konvensiyasını pozduğu üçün 5 gün ərzində ölkəni tərk edəcəklər.