Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib.

Mia.az Rusiya mətbuatlna istinadla xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov açıqlama verib.

O bildirib ki, iclasda Ukraynadakı savaşla yanaşı, sanksiyalar və digər aktual problemlər müzakirə olunub:

"Əsasən, Rusiyanın humanitar siyasətinin gələcək konsepsiyası müzakirə edilib. Qeyd olunub ki, Ukraynadakı xüsusi əməliyyat davam edəcək, orada  bütün vəzifələr yerinə yetiriləcək. Əsas odur ki, Ukraynanı millətçi batalyonlardan xilas edək və edəcəyik. Buna heç bir şübhə olmamalıdır”.